Türkiyədə əcnəbilərə mənzil satışında rekord artım

Türkiyədə sentyabr ayında əcnəbilərə mənzil satışında rekord artım qeydə alınıb.

1719012
Türkiyədə əcnəbilərə mənzil satışında rekord artım

Türkiyə Dövlət Statistika Komitəsinin sentyabr ayına dair açıqladığı mənzil satışları hesabatına görə, əcnəbilərə ev satışı sentyabr ayında illik 25,8% artaraq 6630 -a çatıb. Bunun 2013 -cü ildən bəri qeydə alınan ən yüksək rəqəm olduğu bildirilir. Mənzil satışında ilk rekord 2018 -ci ilin oktyabr ayında vurulmuşdu. Lakin o dövrdə əcnəbilərə 6 min 276 mənzil satılarkən, cari ilin Sentyabr ayında xaricilərin satın aldıqları mənzil sayı 6 min 630-a yüksəlib.

Ölkəmizdə əcnəbilərə mənzil satışında İstanbul(2 min 995) ilk sırada iştirak edərkən, bu şəhəri sırasıyla Antalya, Ankara izləyib.

Qeyd edək ki, cari ilin Yanvar-sentyabr dövründə xaricilərə mənzil satışı ötən ilin müvafiq dövrünə müqayisədə 43,2% artaraq 37 min 479-a yüksəlib.



Әlaqәli Xәbәrlәr