G20 ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Toplantısının yekun bəyanatı yayılıb

Yekun bəyanatda G20 ölkələrinin Dünya Ticarət Təşkilatında (DTT) zəruri islahatları həyata keçirmək üçün təşkilatın bütün üzvləri ilə fəal və konstruktiv işləmək əzmində olduqları ifadə edilib.

1718905
G20 ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Toplantısının yekun bəyanatı yayılıb

G20 ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Toplantısının yekun bəyanatında G20 ölkələrinin Dünya Ticarət Təşkilatında (DTT) zəruri islahatları həyata keçirmək üçün təşkilatın bütün üzvləri ilə fəal və konstruktiv işləmək əzmində olduqları ifadə edilib.

G20-nin növbəti sədri İtaliyanın Sorrento şəhərində Türkiyə də daxil olmaqla G20 ölkələrinin ticarət və investisiya nazirlərinin görüşü birgə bəyannamənin qəbulu ilə sona çatıb.

Görüşün yekun bəyannaməsində nazirlərin DTT-na əsaslanan ayrı-seçkilik etməyən, açıq, ədalətli, əhatəli, dayanıqlı və şəffaf, çoxtərəfli ticarət sistemini gücləndirmək üçün bir araya gəldikləri bildirilib. Nazirlərin bununla əlaqədar olaraq sabit ticarət və investisiya mühitini yaratmaq öhdəliklərini bir daha ifadə etdikləri vurğulanıb.

Bəyannamədə G20 ölkələrinin yeni növ koronavirusdan sonra dözümlü, güclü, davamlı və inklüziv iqtisadi bərpaya qarşı koordinasiyalı bir reaksiyanı təşviq edərək "Covid-19" epidemiyasının beynəlxalq ticarət və investisiyalara təsirini azaltmağa razı olduqları qeyd edilib. Ayrıca, DTT-nın bütün üzvləri ilə lazımi islahatların aparılması üçün fəal və konstruktiv işləməyə qətiyyətlilik vurğulanıb.

Bəyannamədə epidemiyanın təhlükəsiz və təsirli "Covid-19" əleyhinə peyvəndlərə, müalicə və diaqnostik dəstlərə qlobal miqyasda əlçatan olmasının əhəmiyyətini göstərdiyi ifadə edilib və "Covid-19" qarşısında dünya ticarətini və sərmayə qoyuluşlarını dətləkləmək sahəsində G20 əməliyyatlarının həyata keçiriləcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr