Nazir Mehmet Muş Romada ikitərəfli görüşlər keçirir

Ticarət naziri Mehmet Muş G20 ölkələrinin Ticarət və İnvestisiya Nazirləri sammitindən əvvəl həmkarları ilə ikitərəfli görüşlər keçirib.

1718094
Nazir Mehmet Muş Romada ikitərəfli görüşlər keçirir

Ticarət naziri Mehmet Muş G20 ölkələrinin Ticarət və İnvestisiya Nazirləri sammitindən əvvəl həmkarları ilə ikitərəfli görüşlər keçirib.
G20-nin növbəti sədri İtaliyanın ev sahibliyi edəcəyi G20 ölkələrinin Ticarət və İnvestisiya Nazirləri sammitinə qatılmaq üçün Sorrentoda olan ticarət naziri Mehmet Muş gün ərzində keçirdiyi ikitərəfli görüşlərinə dair "Twitter" hesabında paylaşımlar edib.
Nazir Muş ilk ikitərəfli görüşünü Avropa İttifaqının (Aİ) Ticarət Komissarı Valdis Dombrovskis ilə keçirdiyini və görüşün səmərəli görüş olduğunu bildirib. 

Dünya Bankı Qrupunun Baş direktoru Dr. Mari Pangestu ilə də bir araya gələn nazir Muş "Dünya iqtisadiyyatındakı inkişafları müzakirə etdiyimiz məhsuldar bir toplantı keçirdik. Dünya Bankının qlobal dəyər zəncirləri, Aİ Yaşıl Müqaviləsi və Gömrük Birliyinin modernizasiyası ilə bağlı araşdırmalarını müzakirə etdik" deyib.
Ticarət naziri Mehmet Muş indoneziyalı həmkarı Məhəmməd Lütfi ilə də görüşdüyünü ifadə edərək, "Türkiyə ilə İndoneziya arasındakı ticarət həcmini artırmaq və ticari əlaqələrimizi daha da gücləndirmək üçün məsləhətləşmələr apardıq" deyə qeyd edib. 
Nazir Muş günün son ikitərəfli görüşünü ev sahibi İtaliyanın xarici ticarətindən də məsul olan xarici işlər naziri Luigi Di Maio ilə keçirib.

M. Muş paylaşımında "İtaliyanın xarici işlər naziri Luigi Di Maio ilə çox məhsuldar bir görüş keçirdik. İki ölkə arasındakı iqtisadi və ticari əlaqələri müzakirə etdik" deyib.
Qeyd edək ki, G20 Ticarət və İnvestisiya Nazirləri ticarət və sağlamlıq, ticarət və ətraf mühitin davamlılığı və Dünya Ticarət Təşkilatının islahatlarını müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr