Türkiyədən 8 ayda 5,6 milyard dollarlıq paxlalı bitkilər və taxıl ixracı reallaşıb

Bu ilin yanvar-avqust dövründə Türkiyədən xaricə 5 milyard 579 milyon 520 min dollarlıq taxıl, paxlalı bitkilər, yağlı toxumlar və məhsulları satılıb.

1709767

Türkiyə İxracatçılar Məclisi taxıl, paxlalı bitkilər, yağlı toxumlar və məhsulları sektoru idarə heyətinin sədri Mahsum Altunkaya yazılı açıqlamasında Türkiyənin Orta Şərq üçün əhəmiyyətli bir ixrac bazası olduğunu ifadə edib.

Türkiyənin dünyanın bir çox ölkəsinə ərzaq göndərdiyinə işarə edən Altunkaya deyib:

"Bu ilin 8 ayında Türkiyədən dənli bitkilər, paxlalılar, yağlı toxumlar və onların məhsulları ilə 5 milyard 579 milyon 520 min dollarlıq ixrac reallaşdırıldı. İxracatımız bir əvvəlki ilin müvafif dövrü ilə müqayisədə 21,17 artdı. Bitki yağları, biskvit və tortlar buğda unu, şəkər və şəkər məhsulları və makaron gəlir".

Sektorun yanvar-avqust dövründə sənayenin 213 ölkəyə və sərbəst bölgələrə ixrac reallaşdırdığını ifadə edən Altunkaya "Anadolunun münbit torpaqlarında istehsal olunan məhsullarımız bütün dünyaya ixrac edildi. Ən çox ixrac Orta Şərq, Afrika, Amerika və Avropa İttifaqı ölkələrinə edildi" ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr