"Fitch Ratings" Türkiyə üçün cari il böyümə proqnozunu artırıb

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Türkiyə üçün cari il böyümə gözləntisini 7,9 % -dən 9,2 % -ə artırıb.

1707083
"Fitch Ratings" Türkiyə üçün cari il böyümə proqnozunu artırıb

"Türkiyədə "2021 -ci ildə, demək olar ki, son 10 ilin ən yüksək artım tempi qeydə alına bilər ...".

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Türkiyə üçün cari il böyümə gözləntisini 7,9 % -dən 9,2 % -ə artırıb.

Agentlik Qlobal İqtisadi Görünüş hesabatının sentyabr sayını yayımlayıb.

Hesabatda tədarük çatışmazlığının bərpa nisbətinə təsir etdiyinə diqqət çəkilərək və ABŞ və Çin iqtisadiyyatlarının bu ilki artım göstəriciləri ilə bağlı proqnozların aşağı salındığı, Avrozona, Türkiyə, Polşa, Meksika, Rusiya və Cənubi Afrika iqtisadiyyatları üçünsə böyümə proqrozlarınının artırıldığı qeyd edilib. 

Türkiyədə iqtisadi canlanmanın davam etdiyinə işarə edilən hesabatda son 10 ilin ən yüksək iqtisadi artımının bu il 9,2 faiz ilə qeyd oluna biləcəyinə diqqək çəkilib.

Hesabatda yüksək tezlikli məlumatların iqtisadi istiqamətin bu ilin ikinci yarısına qədər davam etdiyini göstərdiyi bildirilib və Türkiyədə iqtisadi artımın 2022-ci ildə 3,5 faizə düşdükdən sonra 2023-cü ildə 4,5 faizə yüksələcəyinin proqnozlaşdırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr