Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Türkiyə Yanvar-iyul tarixləri arasında 5,5 milyard dollarlıq avtomobil ixrac edib.

1698340
Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB) hesabatına görə Türkiyə yanvar-iyul dövründə 100-dən çox ölkəyə başda olmaqla, muxtar respublikalara və sərbəst bölgələrə avtomobil satıb.

Ötən ilin yanvar-iyul dövründə 5 milyard 103 milyon 420 min dollar olan avtomobil ixracı, cari ilin müvafiq dövründə 8 faiz artımla 5 milyard 514 milyon 97 min dollara yüksəlib. Ən çox avtomobil ixrac edilən ölkələr arasında Fransa ilk sırada iştirak edib. Sözügedən dövrdə Fransaya 983 milyon 608 min dollarlıq ixrac reallaşdırıb ki, bu da ötən ilin müvafiq dövrünə müqayisədə 18,5% artım olduğunu göstərir. Türkiyənin ən çox avtomobil satdığı ikinci ölkə isə İtaliya, üçüncü Almaniya olub.



Әlaqәli Xәbәrlәr