Türkiyənin geyim ixracında rekord artım qeydə alınıb

Türkiyədən Avropa ittiqafına üzv ölkələrə ilin ilk 7 ayında reallaşdırılan geyim ixracında rekord vurulub.

1691978
Türkiyənin geyim ixracında rekord artım qeydə alınıb

Türkiyə İxracatçılar Məclisi və Uludağ İxracatçılar Birliyinin hesabatına görə sektor nümayəndələri yanvar-iyul tarixləri arasında 200 ölkə və bölgəyə geyim ixrac edib. Hesabatda qeyd edilir ki, sözügedən dövrdə geyim ixracı 2020-ci ilin müvafiq dövrünə müqayisədə 26,8% artaraq 11 milyard 130 milyon 782 min dollara yüksəlib. Bunun 60% faizi Avropa ittifaqına üzv ölkələrə reallaşdırılıb.



Әlaqәli Xәbәrlәr