Türkiyənin ixrac həcmində rekord artım

Türkiyənin ixrac həcmi 200 milyard dolları keçərək Respublika tarixində yeni rekord vurulub.

1684113
Türkiyənin ixrac həcmində rekord artım

Ticarət naziri Mehmet Muş, iyul ayı xarici ticarət rəqəmləri ilə əlaqədar açıqlama verib. Qeyd edib ki, sözügedən ayda ixrac həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 10% artaraq 16,4 milyard dollar olub. Nazirin sözlərinə görə son 12 ayda ixracat həcmi 201,5 milyard dollara çatıb ki bu da Respublika tarixində yeni bir rekord hesab edilir.

Nazir Muş həmçinin qeyd edib ki, 2021-ci ilin yanvar-iyul aylarında isə ixracat həcmi ötən ilin müvafiq dövrünə müqayisədə 35% artaraq 121,4 milyard dollar olub.



Әlaqәli Xәbәrlәr