Türkiyənin velosiped ixracatı

Türkiyə velosipedlərinə, xüsusilə Avropa ölkələrindən tələbat var

1683376
Türkiyənin velosiped ixracatı

 

  Türkiyənin velosiped ixracatı 2021-ci ilin 6 ayında keçən ilin eyni dövrünə görə 88 faizlik artımla 70 milyon dollara yüksəlib.

  Türkiyə velosipedlərinə, xüsusilə Avropa ölkələrindən tələbat var. 2020-ci ilin yanvar-iyun aylarında 37,2 milyon dollarlıq velosiped ixracatı bu ilin eyni dövründə 70 milyon dollara çıxıb. Bu da ixracatdakı artım nisbətinin 88 faiz olması deməkdir.

  Türkiyədən 92 ölkəyə velosiped ixrac edilib. Almaniya 10,2 milyon dollarlıq ixracatla ilk sırada yer alır. Ondan sonra 9,8 milyon dollarla Finlandiya, 9,3 milyon dollarla Fransa gəlir.



Әlaqәli Xәbәrlәr