Zeytun və zeytun yağı ixracında artım

Türkiyə ilin ilk yarısında zeytun və zeytun yağı ixracından 136 milyon dollar gəlir əldə edib.

1682204
Zeytun və zeytun yağı ixracında artım

Egey Zeytun və Zeytun Yağı İxracatçıları Birliyinin rəhbəri Davut Ər bu barədə məlumat yayıb. Bildirib ki, ilin ilk altı 77 milyon dollarlıq zeytun ixrac edilərkən, bunu 59 milyon dollarla zeytun yağı izləyib. Davut Ər ilin sonuna dək bu rəqəmi 300 milyon dollara çatdırmağı planlaşdırdıqlarını, məhsulun ən çox ixrac edildiyi ölkələr arasında Almaniyanın ilk sırada iştirak etdiyini, bu ölkəni ABŞ, İraq, Rumıniya və İspaniyanın izlədiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr