Antalya 9 gündə yarım milyondan çox xarici turistə ev sahibliyi etdi

“turizmin paytaxtı” olaraq xarakterizə edilən Antalya, müxtəlif ölkələrdən gələn turistlər ilə yanaşı  yerli turistlər üçün də möhtəşəm tətil fürsəti təqdim edir..

1680995
Antalya 9 gündə yarım milyondan çox xarici turistə ev sahibliyi etdi

Təbii gözəllikləri, dənizi, tarixi və mədəni quruluşu, ev sahibliyi etdiyi turist sayı baxımından “turizmin paytaxtı” olaraq xarakterizə edilən Antalya, müxtəlif ölkələrdən gələn turistlər ilə yanaşı  yerli turistlər üçün də möhtəşəm tətil fürsəti təqdim edir.

Dünyanın əhəmiyyətli turizm şəhərləri arasında  iştirak edən Antalya, sağlam və təhlükəsiz turizm imkanları ilə də diqqətləri cəlb edir.

Şəhər Mədəniyyət və Turizm Xidmətinin məlumatlarına görə, 17-25 iyul tarixlərini əhatə edən 9 günlük  müddətdə Antalyaya və Qazipaşa hava limanlarının beynəlxalq terminalına 2878 təyyarə eniş edib.  Qurban Bayramında 200 min 356-i Rusiyadan, 76 min 152-i Almaniyadan 68 min 663-ü Ukraynadan 28 min 898-i Polşadan və 15 min 917-si Qazaxıstandan olmaqla müxtəlif ölkələrdən  cəmdə 562 min 907 əcnəbi gəlib.



Әlaqәli Xәbәrlәr