Türkiyənin təzə meyvə və tərəvəz ixracı artıb
Türkiyənin təzə meyvə və tərəvəz ixracı artmaqda davam edir.

Türkiyənin təzə meyvə və tərəvəz ixracı artmaqda davam edir.
Uludağ Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədr müavini Senih Yazgan Türkiyənin təzə meyvə və tərəvəz ixracının keçən il yeni koronavirus (Covid-19) epidemiyası ilə böyük sürət qazandığını söyləyib.
Yazgan xüsusilə Avropa bazarından gələn tələblərə uyğun olaraq keçən il 2019-cu ilə müqayisədə 26 faiz artım olduğunu dilə gətirərək deyib:
"2020-ci ilin ilk yarısında 1 milyard 200 milyon dollar civarında olan təzə meyvə və tərəvəz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artımla 1 milyard 500 milyon dollara çıxdığını görürük. İxracdakı bu artım təzə meyvə və tərəvəz sektorunun böyük sürət qazandığının göstəricisi kimi dəyərləndirilə bilər" .
Avropa və Rusiyanın təzə meyvə və tərəvəz ixracında ən əhəmiyyətli bazar olduğunu ifadə edən Yazgan ən çox ixrac edilən məhsulun sitrus meyvələri, pomidor, albalı, zeytun və zeytun məhsulu olduğunu söyləyib.