Türkiyə yerli avtomobildə yeni mərhələyə keçdi

Yerli avtomobillə bağlı fotoşəkillər Türkiyənin Avtomobili Müəssisəsi Qrupunun (Türkiye Otomobili Girişim Grubu - TOGG) sosial media hesabından paylaşılıb

1677077
Türkiyə yerli avtomobildə yeni mərhələyə keçdi

 

  Hamısı Türkiyədə istehsal edilən parçalarla Kocaelinin Gəbzə qəsəbəsində yerli avtomobilin ilk gövdəsinin montajı edildi.

  Yerli avtomobillə bağlı fotoşəkillər Türkiyənin Avtomobili Müəssisəsi Qrupunun (Türkiye Otomobili Girişim Grubu - TOGG) sosial media hesabından paylaşılıb. Fotoşəkillərdə hamısı Türkiyədə istehsal edilən parçalarla Gəbzədə montajı edilən ilk gövdə müxtəlif bucaqlardan görünür. TOGG İdarə Heyətinin sədri Gürcan Karataş da qrupla birlikdə şəkillərdə var.

  Türkiyə zavodlarında yerli avtomobilin istehsalı sürətlənməkdədir.

  Yerli avtomobil 2022-ci ilin sonundan ardıcıl istehsala başlayacaq.  



Әlaqәli Xәbәrlәr