Türkiyə yolun sol zolağına keçmək istəyir
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Türkiyə avtomobil sənayesinin yeni tip koronavirus (Covid-19) epidemiyasından sonra qlobal mövqeyini gücləndirməyə çalışdığından yazıb

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Türkiyə avtomobil sənayesinin yeni tip koronavirus (Covid-19) epidemiyasından sonra qlobal mövqeyini gücləndirməyə çalışdığından yazıb. Qəzet “Türkiyə yolun sol zolağına keçmək istəyir" başlıqlı məqaləsində ölkənin elektrikli maşınları və ekoloji elektrik sektoruna diqqəti çəkərək yazıb: "Türkiyənin avtomobil sənayesi “Covid-19”dan sonra qlobal mövqeyini gücləndirməyə çalışır. Türkiyə Avtomobil Sənayesi İxracatçıları Birliyinin (Otomotiv Endüstrisi İhracatçıları Birliği - OİB) sədri Baran Çelikin sözlərilə desək, ölkə dünyanın ən böyük 10 avtomobil istehsalçısı arasına girmək istəyir.
Türkiyə hal-hazırda təxminən 1,3 milyon maşın istehsal edir. Bu, Fransadan sonra, Çexiyadan isə əvvəl deməkdir. 14-cü sırada olan Türkiyə böyüklərin olduğu ilk 10-luqda olmaq üçün istehsalını yarıbayarı artıraraq bu rəqəmi ildə iki milyona çıxarmalıdır. OİB-in sədri bunu reallaşdıra biləcəklərini deyir. Belə ki, Baran Çelikin sözlərinə görə, “Türkiyədə 2017-ci ildə təxminən 1,7 milyon avtomobil istehsal edildi. 14 marka maşınımız var. E-mobildə Türkiyə avtomobil sektorunu sürətləndirəcək, istehsal həcmini 2,4 milyon avtomobilə çıxara biləcəyik”.
5 Türkiyə şirkəti 3 milyard avronu keçən sərmayə və hökumətin dəstəyilə 2018-ci ildə TOGG-u (Türkiyənin Avtomobili Müəssisəsi Qrupu - Türkiye Otomobili Girişim Grubu) yaratdı və 2022-ci ilin sonunda onu bazara çıxaracaq.
Türkiyədə böyük avtomobil layihələri var”.
Әlaqәli Xәbәrlәr

İstanbul birjasında əməliyyat müvəqqəti dayandırıldı
İstanbul Fond Birjasında (Borsa İstanbul) ticarətin müvəqqəti dayandırılması barədə qərar qəbul edi

Türkiyə kənd təsərrüfatında ən yüksək yanvar ayı ixracatı
Kənd təsərrüfatında fəaliyyət göstərən 10 sektordan 6-sı ixrac rekordları qırıb...