"İl sonuna qədər tariximizdə bir ilkə imza atacağıq", R.T.Ərdoğan

Nazirlər Kabineti yığıncağından sonrakı çıxışında R.T.Ərdoğan ilin ikinci rübündə gözlənilən inkişaf rəqəmlərilə bağlı deyib...

1670354
"İl sonuna qədər tariximizdə bir ilkə imza atacağıq", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "İl sonuna qədər tariximizdə ilk dəfə 200 milyard dollardan yuxarı bir ixracata imza atacağıq" deyə vurğuladı.

  Nazirlər Kabineti yığıncağından sonrakı çıxışında R.T.Ərdoğan ilin ikinci rübündə gözlənilən inkişaf rəqəmlərilə bağlı deyib: "Uğurlu göstəricilər ildə təxminən 20 faiz inkişafdan xəbər verir.

  İlk 6 ayda keçən ilə görə 40 faizlik ixracat artımı reallaşıb. İl sonuna qədər tariximizdə ilk dəfə 200 milyard dollardan artıq bir ixracata imza atacığaz."

  Ərdoğan koronavirusla (Covid-19) mübarizə ilə bağlı isə bu sözləri söyləyib: "Bütün vətəndaşlarımıza, xüsusən 18 yaşdan yuxarı hər kəsə peyvənd görüşlərini vaxtında edərək özlərini və sevdiklərini bu müsibətdən qorumalarını tövsiyyə edirəm".



Әlaqәli Xәbәrlәr