Rusiyadan İstanbula da turistlər gəlməyə başladı

Rusiyanın Türkiyəyə aprelin 15-də başlatdığı uçuş məhdudiyyətinin bu gün sona çatması ilə Rusiyadan turistlər yenidən İstanbula gəlməyə başladılar.

1662836
Rusiyadan İstanbula da turistlər gəlməyə başladı

Yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə, Rusiyanın Türkiyəyə aprelin 15-də başlatdığı uçuş məhdudiyyətinin bu gün sona çatması ilə Rusiyadan turistlər yenidən İstanbula gəlməyə başladılar.

Rusiyanın "Aeroflot" şirkəti "Su2126" uçuş nömrəsi ilə Svobadni hava limanından qalxan təyyarə 156 sərnişinlə İstanbul Hava limanına enib.

Pasportların yoxlanılmasından sonra çantalarını götürən rusiyalı turistlərin bir hissəsi transfer hissəsindən Antalyaya yola düşüb, digərləri İstanbulda qalacaqları otellərə gediblər. 

Rusiyadan gələn turistlər 2 aylıq məhdudiyyət müddətindən sonra uçuşların bərpa olunmasından məmnun olduqlarını ifadə ediblər. 

Digər tərəfdən, Türk Hava Yolları İstanbul-Rostov (2 uçuş), İstanbul-Kazan (2 uçuş), İstanbul-Sankt-Peterburq (4 uçuş), İstanbul-Moskva (10 uçuş), Bodrum-Moskva (2 uçuş) və Antalya -Moskva (4 uçuş) arasında bu gün 24 uçuş həyata keçirdiyi məlum olub. 

Rusiyadan 132 nəfərlik ilk turist qrupu bu gün "turizm paytaxtı" Antalyaya gəlb.



Әlaqәli Xәbәrlәr