Antaliyada VI Dəri və Xəz Sərgisi başlayır

Türkiyə Dəri Geyim Dərnəyinin sədri Gürkan Gözmen sözügedən mövzu ilə bağlı deyib...

1661607
Antaliyada VI Dəri və Xəz Sərgisi başlayır

 

  Rusiya hökumətinin Türkiyəyə uçuşları açması Türkiyə ticarətində əhəmiyyətli bir hərəkətliliyin yaşanmasına səbəb olacaq.

  Türkiyə Dəri Geyim Dərnəyinin (Türkiye Deri Konfeksiyoncuları Derneği’nin - TDKD) VI Dəri və Xəz (Leather & Fur) sərgisi 27 iyunda Antaliyada açılacaq.

  60 iştirakçı firma son yeniliklərini dünyanın qabaqcıl dəri və xarici geyim istehsalçılarına göstərəcək.

  İstehsal və ixracat mərkəzli Türkiyə dəri və xarici geyim sektoru 12 ölkədən 1200 əcnəbi və ölkə içindən 350-dən çox sektor mütəxəssisini qarşılamağa hazırlaşır.

  Dörd gün davam edəcək sərgi epidemiya müddətində ciddi daralma yaşayan sektor üçün əhəmiyyət kəsb edir.

  TDKD-nin sədri Gürkan Gözmen sözügedən mövzu ilə bağlı deyib: “Türkiyə dəri və hazır geyim sektorunun hədəf kütləsi 95 faiz xaricilərdən ibarətdir. Dünyanın tarazlığını alt-üst edən “Covid-19” epidemiyasında turizmdən sonra mənfi təsirlənən ikinci sektoruq. Əsas bazarımız Rusiyadır.

  Rusiya hökumətinin Türkiyəyə uçuşları açması ticarətdə mühüm bir hərəkətliliyin yaşanmasına vəsilə olacaq.

  Həm Rusiya, həm də digər xarici bazarlarımız baxımından tək məqsədimiz ixracatı davam etdirə bilməkdir."



Әlaqәli Xәbәrlәr