FED uçot dərəcəsini sabit saxlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Federal Ehtiyatlar Sistemi (Fed) siyasət uçot dərəcəsini sabit saxlayıb.

1659814
FED uçot dərəcəsini sabit saxlayıb

Federal Açıq Bazar Komitəsinin (FOMC) iyun ayı iclasından sonra Fed inflyasiya gözləntilərini artırarkən, uçot dərəcəsini 0-0,25 faiz aralığında sabit saxlayıb.

Fed-in verdiyi açıqlamada, bankın 2021-ci il üçün inflyasiya gözləntisinin mart ayında 3,4% səviyyəsinə yüksəltdiyi xatırladılıb və inflyasiyanın yüksəlməsinə yönəlik təzyiqlərin müvəqqəti olduğu qeyd edilib. Mümkün uçot artımına dair addımların 2023-cü ildə atılmağa başlaya biləcəyi bildirilib.

Komitə daha əvvəl 2024-cü ilə qədər faiz artımının gözlənmədiyini bildirmişdi.

Fed İdarə heyəti Başçısı Jerome Powell, bankın uçot qərarından sonra təşkil etdiyi mətbuat konfransında bankın qiymət sabitliyi və maksimum məşğulluğu əhatə edən pul siyasəti hədəflərinə çatmaq üçün qərarlı olduğunu bildirib. Bankın, iqtisadi bərpa tamamlanana qədər siyasət uçot dərəcəsini və aktiv alımlarını dəyişməz saxlayaraq iqtisadiyyatı güclü şəkildə dəstəkləyəcəyini göstərdiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr