Türk Hava Yolları 2021-ci ildə də Türkiyənin ən dəyərli markası oldu

Türk Hava Yolları (THY) 2021-ci ildə də Türkiyənin ən qiymətli markası oldu.

1654732
Türk Hava Yolları 2021-ci ildə də Türkiyənin ən dəyərli markası oldu

Türk Hava Yolları (THY) 2021-ci ildə də Türkiyənin ən qiymətli markası oldu.

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" 2021-ci ilə dair "Türkiyənin Ən Qiymətli Markaları-Turkey 100" fəaliyyətini tamamlayıb.

Buna görə, 2019 və 2020-ci illərdə olduğu kimi bu siyahıda ilk yeri 1 milyard 605 milyon dollarlıq marka dəyəri ilə THY aldıqda, bu şirkəti 1 milyard 585 milyon dollarla keçən illə müqayisədə üç pillə yuxarı qalxan məişət texnikası və texnologiya şirkəti "Arçelik" izləyib.

Siyahıda üçüncü yeri 1 milyard 193 milyon dollarlıq marka dəyəri ilə  keçən il ilə müqayisədə 5 pillə yüksələn "İş Bank" tutub. "Garanti BBVA" 1 milyard 190 milyon dollar dəyərlə 4-cü, mobil operator şirkəti "Turkcell" 1 milyard 61 milyon dollarla 5-ci, "Ziraat Bank" 952 milyon dollarla 6-cı olub.



Әlaqәli Xәbәrlәr