İran prezidenti ölkəni yenidən kripto pul fəaliyyətinə çağırdı

İran İqtisadi Koordinasiya Heyəti paytaxt Tehranda ölkə başçısı Həsən Ruhaninin sədrliyi ilə toplandı

1654129
İran prezidenti ölkəni yenidən kripto pul fəaliyyətinə çağırdı

 

  İran prezidenti Həsən Ruhani ölkədə kripto pul fəaliyyətinin qanuniləşdirilməsi və bu sahəyə investisiya qoyan vətəndaşların sərmayələrinin qorunması üçün lazımi addımlar atılmalı olduğunu bildirdi.  

  İran İqtisadi Koordinasiya Heyəti paytaxt Tehranda ölkə başçısı Həsən Ruhaninin sədrliyi ilə toplandı. Yığıncaqda rəqəmsal pul və kripto fəaliyyətlərində milli maraqların qorunması və dəstəklənməsi məsələləri müzakirə edildi, bu mövzuda qanuni və texniki prosedurlara diqqət çəkildi. Bu sahədə dinamik bir strategiya yürütmək və kripto pulların ölkənin makro iqtisadiyyatındakı roluna töhfəsi üçün bütün lazımi tədbirləri görməyə çağıran H.Ruhani çıxışında deyib: “Kripto pul fəaliyyətləriylə əlaqədar cəmiyyəti maarifləndirmək vacibdir. Bu alış-verişlərdə risklər də ola biləcəyindən bu sahədəki sərmayələr professional şəkildə idarə edilməlidir”.

  Qeyd edək ki, dünyada ən çox kripto fəaliyyəti yürüdən ölkələrdən bir olan İranda yaşanan elektrik kəsilmələri üzündən “Bitcoin” 26 mayda prezident Həsən Ruhaninin təlimatıyla təxirə salınıb və bu qadağa 22 sentyabra qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr