Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yük miqdarı

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu indiyədək Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolundan təxminən 1 milyon ton yükün daşındığını bildirib.

1653861
Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yük miqdarı

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu indiyədək Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolundan təxminən 1 milyon ton yükün daşındığını bildirib.

Karaismailoğlu Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Dəmir İpək Yolu kimi tanınan Orta Dəhliz vasitəsi ilə nəql olunan yük daşımalarının sürət qazandığını vurğulayaraq, "Xəttin istifadəyə verilən gündən etibarən 16 min 279 vaqonda 19 min 646 konteynerlə 1 milyon 7 min ton yük daşınmışdır. Bu nəqliyyatın 6 min 814 vaqonda 8 min 377 konteyner ilə 393 min tonunu ixrac, 9 min 465 vaqonda 11 min 269 konteyner ilə 614 min tonunu isə idxal daşımaları təşkil edib" deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun dünya lojistikasına istiqamət qazandırdığını ifadə edən Karaismailoğlu bu məlumatları verib:

"Bu dəmir yolu xəttindən yanvar-may 2020-ci ilin dövründə 3 min 551 vaqonda 236.52 ton yük daşınmışdır. Bu ilin eyni dövründə nəqliyyat 19 faiz artaraq 4 min 507 vaqonda 280.878 tona çatmışdır. Gürcüstan, Qazaxıstan , Türkmənistan, Çin, "Azərbaycan, Özbəkistan, Rusiya, Qırğızıstan və Tacikistana ixrac daşımaları da artmışdır. Cari ilin ilk 5 ayında 1160 vaqon, 1246 konteyner daxil olmaqla 64.378 ton yük daşındı".

Karaismailoğlu ixrac nəqliyyatında Qazaxıstan, Türkmənistan, Çin və Azərbaycanın  başında yer aldığını ifadə edərək, Çinə 4 dekabr 2020-ci ildən bu yana 7, Rusiyaya isə 1 ixrac qatarı göndərdiklərini xatırladıb.



Әlaqәli Xәbәrlәr