Aİ namizəd ölkələr üçün 2021-2027 büdcəsini təyin etdi

Aİ Komissiyasından edilən şərhə görə...

1651116
Aİ namizəd ölkələr üçün 2021-2027 büdcəsini təyin etdi

 

  Avropa İttifaqı təşkilatları Türkiyə kimi namizəd ölkələr üçün icra edilən Qoşulma Öncəsi Yardım Vasitəsinin 2021-2027-ci illəri əhatə edən üçüncü dövrü (İPA III) üçün ümumi büdcəni 14 milyard 162 milyon avro olaraq müəyyən etdi.

  Aİ Komissiyasından edilən şərhə görə, Aİ Şurası ilə Avropa Parlamenti (AP) ittifaqa namizəd ölkələr olan Türkiyə, Albaniya, Çernoqoriya, Şimali Makedoniya, Serbiya və potensial namizədlər olan Bosniya Herseqovina və Kosovaya 2021-2027-ci illərdə təmin ediləcək İPA III fondları mövzusundakı müzakirələrdə uzlaşdılar.

  Aİ büdcəsindən adı çəkilən ölkələrə 7 illik dövrdə ümumi 14 milyard 162 milyon avro maliyyə dəstəyi ediləcək. Bununla Qoşulma Öncəsi Yardım Vasitəsi bu ölkələrin əhatəli islahatlar yoluyla üzvlük meyarlarını yerinə yetirmələrini dəstəkləyəcək.

  İPA III hüququn üstünlüyü və təməl dəyərlərə hörməti əsas götürəcək, demokratik qurumların gücləndirilməsi, cəmiyyət rəhbərliyi islahatı, iqtisadi idarəetmə və rəqabətçiliyə dair islahatlara təşviq ediləcək. Gözləntiləri qarşılayan və prioritetlərə irəliləmə imkanı verən ölkələr mükafatlandırılacaq.

  Bu mərhələdən sonra Aİ Şurası və AP tərəfindən qoşulmaya hazır olan ölkələrin ittifaqa qəbul edilmələri dövrü başlamalıdır.

  Xatırladaq ki, Türkiyəyə 2007-2013-cü illəri əhatə edən İPA I dövründə təxminən 4,5, 2014-2020-ci illər üçün II IPA dövründə isə 4,4 milyard avro ayrılmışdı.



Әlaqәli Xәbәrlәr