Avtomobil bazarı 5 ay ərzində 72 faiz böyüyüb

Türkiyənin avtomobil və yüngül ticari maşın bazarı 2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz inkişaf edib.

1650358
Avtomobil bazarı 5 ay ərzində 72 faiz böyüyüb

Türkiyənin avtomobil və yüngül ticari maşın bazarı 2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz inkişaf edib.

Avtomobil Distribyutorları Birliyinin məlumatına görə, Türkiyədə avtomobil və yüngül ticari maşın satışları yanvar-may aylarında illik 72 faiz artaraq 314 min 882-yə çatıb. Ümumi bazarda keçən ilin 5 ayında 183 min 95 ədəd satılmışdı.

Bu ilin 5 ayında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil satışları 69,2 faiz artaraq 247 min 977, yüngül ticari maşın satışları isə 83 faiz artaraq 66 min 905-ə çıxıb.

May ayında ümumi bazarda 54 min 734 maşın satılıb. 2020-ci ilin may ayında 32 min 235 olan rəqəm, avtomobil və yüngül ticari maşın bazarının 69,8 faiz böyüdüyünü ortaya qoyub.

May ayında bir əvvəlki ilin müvavif ayı ilə müqayisədə avtomobillərdə satışlar  72,1 faiz artaraq 43 min 138, yüngül ticarət avtomobillərdə 61,9 faiz artaraq 11 min 596 olub.



Әlaqәli Xәbәrlәr