"Türkiyədəki etibarlı turizm sertifikatı tətbiqini biz də həyata keçirmək istəyirik", M.Oleskiv

Maryana Oleskiv Ukraynada bunun bənzərini tətbiq etmək məqsədilə sertifikatlaşdırma ilə bağlı təcrübə qazanmaq üçün danışıqlar apardıqlarını bildirib.

1649544
"Türkiyədəki etibarlı turizm sertifikatı tətbiqini biz də həyata keçirmək istəyirik", M.Oleskiv

"Ukraynada bunun bənzərini tətbiq etmək məqsədilə sertifikatlaşdırma ilə bağlı təcrübə qazanmaq üçün danışıqlar apardıq".
Bunu Ukraynada Turizm İnkişafı üzrə agentliyin rəhbəri Maryana Oleskiv Türkiyədə etibarlı turizm sertifikatı tətbiqini bəyəndiklərini ifadə edərkən deyib. 
Oleskiv Ukrayna ilə Türkiyə arasındakı turizm əlaqələrini qiymətləndirərək, Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Oleksandr Tkachenkonun aprel ayında Türkiyəyə səfərinin yaxşı bir əməkdaşlığın başlanğıcı olduğuna işarə edərək deyib ki, Ukrayna nümayəndə heyəti ilə birlikdə Antalyanı ziyarət etdik. Otellərin etibarlı turizm sertifikatı ilə necə işlədiyini araşdırdıq, tətbiqi bəyəndik, sertifikat həqiqətən sərfəlidir.

Oleskiv yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı Türkiyə hökumətinin həqiqətən turistlərin təhlükəsizliyi ilə maraqlandığını gördüklərini söyləyib.

"Ukraynada da bunun bənzərini tətbiq etmək məqsədilə sertifikatlaşdırma təcrübəsi qazanmaq üçün Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi (TGA) və Mədəniyyət və Turizm Nazirliyi ilə də danışıqlar apardıq" deyə bildirən Oleskiv Antalya və İstanbul xaricində Kapadokyanın da ukraynalı turistlər üçün populyarolduğunu, lakin ukraynalıların çoxunun hələ də Türkiyəni gözəl dəniz sahilləri ilə tanıdığını vurğulayıb və yay tətilində Türkiyənin birinci yeri aldığını qeyd edib.

Ukraynalıların bu il Türkiyədə xizək bölgələrini də kəşf etdiklərini xatırladan Oleskiv Qərbi Avropa ilə sərhədlər bağlandıqda, Türkiyədəki obyektlərə gəldiklərini və bunları sevdiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr