Türkiyədən Çinə 6-cı və 7-ci ixracat qatarları yola düşdü

Bakı-Tiflis-Qars (BTK) Dəmir Yolu Xətti və "Dəmir İpekyolu" adlandırılan Orta Dəhliz üzərindən edilən ixracat daşımalarında yük müxtəlifliyi gün-gündən artmaqdadır

1644256
Türkiyədən Çinə 6-cı və 7-ci ixracat qatarları yola düşdü

 

  Türkiyədən Çinə 6-cı və 7-ci ixracat qatarları mayın 24-ündən Kocaeli Köseköydən yola çıxır.

  41 konteynerdən ibarət qatar yerli istehsal olan MDF qablı lövhə yükü daşıyır.

  Türkiyədə 1876, Gürcüstanda 220, Azərbaycanda 430, Xəzər dənizində 420, Qazaxıstanda 3200 və Çində 2100 kilometr yol qət edərək Çinin Şian şəhərinə çatacaq qatar 8693 kilometr yolu təxminən 2 həftəyə qət edəcək.

  Bakı-Tiflis-Qars (BTK) Dəmir Yolu Xətti və "Dəmir İpekyolu" adlandırılan Orta Dəhliz üzərindən edilən ixracat daşımalarında yük müxtəlifliyi gün-gündən artmaqdadır. Bundan əvvəl soyuducu, bor mədən məhsulu kimi yüklərə indi MDF qablı lövhə ixracı da əlavə olunub.  

  Xatırladaq ki, Türkiyədən Çinə hərəkət edən ilk ixracat qatarı nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun iştirakı ilə olan mərasimlə 4 dekabr 2020-ci ildə İstanbuldan yola salılmış, 2 qitə, 2 dəniz və 5 ölkə keçərək 19 dekabrda Çinin Şiən şəhərinə çatmışdı.

  İkinci qatar 20 dekabrda 1400 soyuducu yüklü olaraq Çerkezköydən yola salılmışdı. 2021-ci ilin 29 yanvarında yola çıxan üçüncü ixracat qatarı isə Türkiyə-Çin arasında dəmir yoluyla ilk bor ixracatı reallaşdırmışdı.

  Bu zamana qədər Türkiyədən Çinə 5 qatar 201 vaqon və 216 konteynerlə 8500 ton ixracat reallaşdırılıb, Çindən Türkiyəyə isə 90 qatar 1800 vaqon və 2164 konteynerlə 91.500 ton yük gəlib.



Әlaqәli Xәbәrlәr