“Sənaye sektoru məşğulluğa qatqı verməyə davam edir”, M.Varank

“Twitter” hesabından paylaşmasında nazir Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan mart ayına dair maaşla çalışanların statistikasına toxunaraq deyib...

1640835
“Sənaye sektoru məşğulluğa qatqı verməyə davam edir”, M.Varank

 

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank sənaye sektorunun uğurlu performansının məşğulluğa qatqı verməyə davam etdiyini bildirib.

  “Twitter” hesabından paylaşmasında nazir Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan mart ayına dair maaşla çalışanların statistikasına toxunaraq deyib: "Sənaye sektorunun müvəffəqiyyətli performansı məşğulluğa qatqı verməyə davam edir. Martda sənaye sektorundakı qeydli məşğulluq bir əvvəlki aya görə 56 min, keçən ilin eyni ayına görə isə 392 min artaraq 4 milyon 597 minə çatıb. İstehsalla inkişaf edəcəyik."

  Nazir Varank aylara görə “Sənaye sektorundakı qeydli məşğulluq rəqəmləri” qrafikini də paylaşıb.



Әlaqәli Xәbәrlәr