“Türk Hava Yolları” Avropada birinciliyini qoruyur

“Türk Hava Yolları” (THY) Avropa üzrə gündəlik ən çox reys həyata keçirən aviaşirkət olub.

1638840
“Türk Hava Yolları” Avropada birinciliyini qoruyur

“Türk Hava Yolları” (THY) Avropa üzrə gündəlik ən çox reys həyata keçirən aviaşirkət olub.

Pandemiya dövrü olmasına baxmayaraq, THY mayın 11-də 488 reys həyata keçirib.

Bu siyahıda ikinci sırada gündəlik 371 uçuşla Fransanın “Air France”, üçüncü yerdə 350 uçuşla "Wideroe", dördüncü yerdə isə 310 uçuşla Almaniyanın “Lufthansa” aviaşirkəti qərarlaşıb.

Bu arada, “Türk Hava Yolları” (THY) təhlükəsiz uçuş qaydalarının tətbiqi üzrə Avropanın ən yaxşı aviasiya şirkətləri siyahısına daxil edilib.

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “Hava limanı sağlamlıq akkreditasiyası” proqramı çərçivəsində sertifikat alan ilk aeroport olan İstanbul hava limanı, eyni zamanda, keçən il daşıdığı sərnişin sayına (23 milyon 409 min 132 sərnişin) görə də Avropada birinci olub.

 



Әlaqәli Xәbәrlәr