Türkiyə ölkədaxili uçuşlarda Avropada lider olub

Türkiyə ölkədaxili uçuşlarda son iki həftədə həyata keçirilən gündəlik 752 uçuşla Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının siyahısında birinci yeri tutub.

1631911
Türkiyə ölkədaxili uçuşlarda Avropada lider olub

Türkiyə ölkədaxili uçuşlarda son iki həftədə həyata keçirilən gündəlik 752 uçuşla Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) siyahısında birinci yeri tutub.

"EUROCONTROL"-un 29 aprel tarixli uçuş trafik hesabatına görə, Türkiyə daxili xətt üzrə gündəlik orta hesabla 752 uçuş həyata keçirərək bəzi Avropa ölkələri siyahısında lider olub.

Türkiyəni 708 uçuşla Fransa, 701 uçuşla Norveç izləyib.



Әlaqәli Xәbәrlәr