Türkiyə Aİ-yə ən çox geyim satan üçüncü ölkədir

Türkiyə keçən il Avropa İttifaqının (Aİ) ən çox geyim idxal etdiyi ölkələr arasında Türkiyə 3-cü sırada yer alıb.

1629962
Türkiyə Aİ-yə ən çox geyim satan üçüncü ölkədir

Türkiyə keçən il Avropa İttifaqının (Aİ) ən çox geyim idxal etdiyi ölkələr arasında Türkiyə 3-cü sırada yer alıb.

Avropa Statistika İdarəsi (Eurostat) Aİ üzv ölkələrinin 2020-ci ildəki geyim idxal və ixracat məlumatlarını paylaşıb. 
Buna görə, 2020-ci ildə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən beynəlxalq ticarətin mənfi təsirlənməsi Aİ-nin geyim ticarətini də əvvəlki il ilə müqayisədə 14 faiz azaldıb. Aİ keçən il 69 milyard avro dəyərində geyim idxal edib.

Çin 21 milyard avro və 30 faiz hissəsi ilə geyim idxalında Aİ üçün ən böyük mənbə ölkədir. Banqladeş 12 milyard avro və 18 faizlə Çini izləyir, Türkiyə 8 milyard avro və 12 faiz ilə üçüncü yerdədir.

Keçən il Almaniya Aİ-nin ən böyük geyim idxalçısı isə Almaniya olub. Berlin rəhbərliyi 17 milyard avro idxal reallaşdırıb. Bu ölkəni 10 milyard avro idxalatı ilə Fransa və İspaniya izləyib.

Digər tərəfdən, Aİ keçən il Aİ  üzvü olmayan ölkələrə təxminən 30 milyard avroluq geyim ixrac edib.

Aİ-dən Aİ-yə üzv olmayan ölkələrə ən çox geyim ixrac edən ölkə 10 milyard avro ilə İtaliya olub. İtaliyanı 5 milyard avro ilə Almaniya, 4 milyard avro ilə İspaniya və təxminən 4 milyard avro ilə Fransa izləyib.



Әlaqәli Xәbәrlәr