Çiyələk ixracında artım

2021-ci  ilin  ilk dörddəbirində  Türkiyənin çiyələk ixracı 333% artıb.

1625570
Çiyələk ixracında artım

Egey Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Hayrəttin Uçak bu barədə  yaydığı   yazılı  açıqlamasında  ‘Türkiyənin çiyələk istehsalı və ixracında’ Egey bölgəsi  ilk  sırada  iştirak  edir deyib.

Keçən ilin ilk dörddəbirində Türkiyədən 993 min dollarlıq çiyələk  ixrac edildiyini   ifadə  edən  Uçak,  cari  ilin  ilk  üç ayında Türkiyənin ümumi çiyələk ixracının   333%  artaraq  4 milyon 307 min dollar   olduğunu  bildirib. Uçak  qeyd  edib  ki,  keçən ilin  müvafiq  dövründə  15 ölkəyə çiyələk ixrac edilərkən, 2021-ci  ildə   ixrac  reallaşdırılan ölkə  sayı   29-a çatıb.   Məhsulun ən  çox  ixrac  edildiyi  ölkələr   arasında  Rusiya  ilk  sırada  iştirak  edərkən bu ölkəni Rumıniya, İraq və Gürcüstan izləyib.



Әlaqәli Xәbәrlәr