"Kanuni" may ayında "Türkali-2" quyusunda fəailiyyətə başlayacaq

Fatih Dönmez "Fatih" kəşfiyyat-axtarış qazma gəmisinin qazdığı "Tuna-1", "Türkali-1" və "Türkali-2" quyularında testlərin "Kanuni" qazma gəmisi tərəfindən aparılacağını açıqlayıb.

1624901
"Kanuni" may ayında "Türkali-2" quyusunda fəailiyyətə başlayacaq

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez "Fatih" kəşfiyyat-axtarış qazma gəmisinin qazdığı "Tuna-1", "Türkali-1" və "Türkali-2" quyularında testlərin "Kanuni" qazma gəmisi tərəfindən aparılacağını açıqlayıb.

Nazir Dönmez Petrol Sənayesindəki Milli Texnologiyalar Toplantısına (PEMT-21) video konfrans metodu ilə qatılıb. 

"Sakarya qaz sahəsində inkişaf və istehsal davam edir. "Fatih" gəmisinin qazdığı "Tuna-1", "Türkali-1" və "Türkali-2" quyularında "Kanuni" test qazmalarını aparacaq" deyən Fatih Dönmez "Quyu sınaqlarına əvvəl "Türkali-2" quyusundan başlayacağıq. Bu sınaqlara may ayında başlamağı planlaşdırırıq" ifadələrdən istifadə edib.

Dönmez "Neft və qazda son 3 ildə 93 avadanlığı yerli imkanlarla istehsal etdik. Yerləşdirdiyimiz avadanlıqların büdcəsi 186,5 milyon TL olmuşdur" deyib.



Әlaqәli Xәbәrlәr