Bodrum hava limanına ilk turist qrupu Rusiyadan gəldi

Muğla şəhərindəki  Bodrum hava limanına ilin ilk turist qrupu Rusiyadan gəldi.

1619559
Bodrum hava limanına ilk turist qrupu Rusiyadan gəldi

Muğla şəhərindəki  Bodrum hava limanına ilin ilk turist qrupu Rusiyadan gəldi.

Rusiyanın paytaxtı Moskvadan 212 sərnişinlə havaya qalxan "Azur" Hava Yollarına məxsus təyyarə dünən (11 aprel) Milas-Bodrum hava limanına enib.

Rusiyadan gələn turistlər bu mövsüm ilk dəfə bölgəyə qrup olaraq gəldiyi üçün şou tədbirilə qarşılanıblar. 

Təyyarədən enən turist qrupu vacib prosedurlardan sonra Bodruma getmək üçün hava limanından ayrılıblar.

TAV Milas-Bodrum baş direktoru İclal Kayaoğlu jurnalistlərə mövsümün ilk beynəlxalq uçuşunu məmnuniyyətlə qarşıladıqlarını söyləyib.

Epidemiya tədbirləri ilə xidmət göstərdiklərini bildirən Kayaoğlu bu mövsüm beynəlxalq uçuşlarda keçən il ilə müqayisədə bir artım olacağına ümid etdiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr