“Fatih” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

1617978
“Fatih” kəşfiyyat-axtarış qazma gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

Enerji və təbii sərvətlər naziri Fatih Dönmezin "Twitter" hesabından paylaşdığı məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq.

Nazir paylaşımında " Qara dənizin fatehi yeni kəşflər üçün "Amasra-1" quyusunda yeni qazma işlərinə başladı. Millətimizin duası və dəstəyilə yeni müşdələrin olacağına ümid edirik...Uğurlar..."deyib.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.



Әlaqәli Xәbәrlәr