“Türkiyəyə D-8-ə görə təşəkkürümüzü bildiririk”, Ş.M.Qureyşi

Güclü bir ortaqlıq və qarşılıqlı fayda verən əməkdaşlıq üçün müxtəlif vasitələr və razılaşmaları tam olaraq tətbiq etmək, təşəbbüskarlara fürsətlər yaratmaq və özəl sektoru hərəkətə gətirmək lazımdır

1616825
“Türkiyəyə D-8-ə görə təşəkkürümüzü bildiririk”, Ş.M.Qureyşi

 

  Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşi Türkiyəyə İnkişaf Edən Səkkiz Ölkə (D-8) təşkilatının dövr sədriliyində göstərdiyi təsirli liderlik qabiliyyətinə görə təşəkkürünü bildirdi.

  Banqladeşin ev sahibliyi ilə D-8-in onuncu sammiti çərçivəsində onlayn təşkil edilən D-8 Xarici İşlər Nazirləri Toplantısında çıxış edən Qureyşi deyib: “Türkiyənin dövri sərdliyi D-8-ə təsirli liderlik qazandırdı. Buna görə rəsmi Ankara hökumətinə təşəkkür edirik və Türkiyədən dövri sədrliyi təhvil alan Banqladeşə uğurlar arzulayırıq.

  Güclü bir ortaqlıq və qarşılıqlı fayda verən əməkdaşlıq üçün müxtəlif vasitələr və razılaşmaları tam olaraq tətbiq etmək, təşəbbüskarlara fürsətlər yaratmaq və özəl sektoru hərəkətə gətirmək lazımdır.

  Yeni tip koronavirus (Covid-19) dövrü fərqlilikləri daha da nəzərə çarpdırdı. İnkişaf etməkdə olan ölkələrin çoxunun qlobal iqtisadiyyat, qlobal tədarük zəncirləri və qlobal təhsil və mədəniyyət dünyasına yaxşı inteqrasiya olmadıqları göründü. Güclü bir ortaqlıq və qarşılıqlı fayda verən əməkdaşlıq üçün müxtəlif vasitələri və razılaşmaları tam olaraq eyni dərəcədə tətbiq etmək, təşəbbüskarlara fürsətlər yaratmaq və özəl sektoru canlandırmaq lazımdır.

  Pakistan D-8-in güclənməsi üçün var-qüvvəsilə çalışacaq.”



Әlaqәli Xәbәrlәr