D-8 təşkilatı on illik xəritəsini təsdiqlədi

Türkiyənin də daxil olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) Dəkkə bəyannaməsilə irqçiliklə, ayrıseçkiliklə, ekstremizmlə və müsəlman əleyhinə olanlarla mübarizə etmək iradəsini təsdiqlədi.

1617493
D-8 təşkilatı on illik xəritəsini təsdiqlədi

Türkiyənin də daxil olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) Dəkkə bəyannaməsilə irqçiliklə, ayrıseçkiliklə, ekstremizmlə və müsəlman əleyhinə olanlarla mübarizə etmə iradəsini təsdiqlədi.

Banqladeşin ev sahibliyində və prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə onlayn keçirilən D-8 təşkilatının 10-cu Zirvə Toplantısında "2020-2030 D-8 On İllik Yol Xəritəsi" qəbul edilib və toplantı ilə əlaqədar bəyannamə yayılıb.

D-8 ölkələri təşkilatı daha güclü və daha çox inkişaf etdirməyi hədəfləyən D-8 Onillik Yol Xəritəsi ilə ticari əməkdaşlığı dərinləşdirmək və daxili ticarət həcmlərini ümumi D-8 ticarətinin ən azı 10 faizinə çatdırmaq hədəfini qəbul ediblər.

Müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarının araşdırılacağının vurğulandığı bəyannamədə tərəflər bütün formaları və təzahürlərilə terror, məzhəbçilik və ekstremizm də daxil olmaqla üzv dövlətlərin inkişafı ilə sülh və rifahına dair bütün təhdidlərə qarşı mübarizədə qətiyyətli olduqlarını dilə gətiriblər.

D-8 ölkələri Dəkkə bəyannaməsilə irqçilik, ayrıseçkilik, ksenofobiya və antimüsəlman çıxışlara qarşı mübarizə aparma iradələrini təsdiqlədilər.

Bəyannamədə D-8-in 2017-ci ildən bəridir sədrliyini davam etdirən Türkiyə təqdir edilib və "Prezident Rəcəb Tayyib Ərdoğana liderliyi, sadiqliyi və D-8 hədəflərinin dəstəklənməsindəki səyləri üçün dərin təşəkkürümüzü bildiririk" deyilib.



Әlaqәli Xәbәrlәr