“Qazaxıstanın Bender Abbas müraciətini dəstəkləyəcəyik”, M.C.Zərif

Özbəkistan və Qırğızıstandan sonra Qazaxıstanda rəsmi səfərdə olan M.C.Zərif paytaxt Nur-Sultanda ölkənin xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb

1616816
“Qazaxıstanın Bender Abbas müraciətini dəstəkləyəcəyik”, M.C.Zərif

 

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə görüşündə Qazaxıstanın İranın Fars Körfəzindəki Bender Abbas limanına daxilolma müraciətini dəstəkləyəcəklərini söyləyib.

  Özbəkistan və Qırğızıstandan sonra Qazaxıstanda rəsmi səfərdə olan M.C.Zərif paytaxt Nur-Sultanda ölkənin xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

  Təkbətək və heyətlərarası görüşlərdə Qazaxıstan və İran arasında ikili və regional əməkdaşlıq məsələləri müzakirə olunub.  

  Səfər çərçivəsində iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq  protokolu imzalayan nazirlər daha sonra birlikdə mətbuat konfransında çıxış ediblər.

  Qazaxıstan xarici işlər naziri Muxtar Tileuberdi iranlı həmkarı Məhəmməd Cavad Zəriflə keçirdikləri görüşlərin məhsuldar keçdiyini, xüsusilə Xəzər dənizində ikili və çoxtərəfli əməkdaşlıq mövzularına əhəmiyyət verildiyini bildirərək deyib: "2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən V Xəzər Zirvə Toplantısının tarixi əhəmiyyəti var idi. Sözügedən yığıncaqda qəbul edilən Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar müqavilə maddələrinin tətbiq olunması ilə bağlı razılığa gəlindi.”

  İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz növbəsindəki çıxışında Qazaxıstanla tarixi, iqtisadi və mədəni bağları qiymətləndirərək Xəzər dənizinin ölkələr arasında barışçıl məqsədlərlə istifadə edilməli olduğunu vurğulayaraq deyib: "Ölkələrimizin Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığı çox mühümdür… Biz Qazaxıstanın Bender Abbas limanına daxilolma müraciətini dəstəkləyir və buna lazımi şərtləri təmin edəcəyik."



Әlaqәli Xәbәrlәr