İki illik fasilədən sonra Pakistan-Hindistan ticarət əlaqələri

Pakistan maliyyə naziri Hammad Azhar paytaxt İslamabadda təşkil edilən mətbuat konfransında bəzi məhsulların idxalatına icazə verdiklərini söyləyərək deyib...

1612412
İki illik fasilədən sonra Pakistan-Hindistan ticarət əlaqələri

 

  Pakistan Hindistanın 5 avqust 2019-cu il Cammu Kəşmirin xüsusi statusunu qaldırmasına dair qərarından sonra təxirə saldığı iqtisadi əlaqələri yenidən başladaraq Hindistandan pambıq, iplik və şəkər idxalatını təsdiqlədi.

  Pakistan maliyyə naziri Hammad Azhar paytaxt İslamabadda təşkil edilən mətbuat konfransında bəzi məhsulların idxalatına icazə verdiklərini söyləyərək deyib: “Hindistanda şəkərin qiyməti Pakistana görə 15-20 faiz ucuzdur və 2021-ci il 30 iyun tarixinədək şəkər və digər məhsulların idxal edilməsilə bağlı razılığa gəldik”.

  Qeyd edək ki, bu razılıq Hindistan baş naziri Narendra ilə Pakistan baş naziri İmran Xan arasında qarşılıqlı məktublaşmalardan sonra əldə edilib.

  Xatırladaq ki, Hindistan 2019-cu il 5 avqust tarixli konstitusiya dəyişikliyi ilə Cammu Kəşmirin öz idarəsindəki bölgəsinin xüsusi rəhbərlik statusunu qaldıraraq mərkəzə bağlı "Birlik torpağı" yaradıb ki, bununla ərazi iki ayrı administrativ vahidlərə ayrılıb. Pakistan da bu hərəkətə cavab olaraq Hindistanla diplomatik əlaqələrinin dərəcəsini salma qərarı verib, bütün ixracat və ticarət əlaqələrini təxirə salıb.

  Pakistan və Hindistanın hələ də bir-birlərinin ölkələrində səfirləri yoxdur.



Әlaqәli Xәbәrlәr