Türkiyənin ilk yerli "Fateh" və "Qanuni" qazma gəmiləri hazırlıqları davam etdirirlər

Xatırladaq ki, Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönmez qonaq olduğu özəl telekanalda deyib...

1605320
Türkiyənin ilk yerli "Fateh" və "Qanuni" qazma gəmiləri hazırlıqları davam etdirirlər

 

  Türkiyənin ilk yerli "Fateh" və "Qanuni" qazma gəmiləri “Türkali-2” quyusundan sonra apreldə başlayacaqları qazma-kəşfiyyat işlərinə hazırlıqları davam etdirirlər.

  “Fateh” Şimali Sakariya Qaz Sahəsində "Amasra-1" quyusu bölgəsində qazma-kəşfiyyat çalışmasından əvvəl Zonquldağın Çayçıma qəsəbəsindəki Filyos Limanına lövbər atıb.

  Eyni limana 2020-ci ilin 14 noyabrda çatan və burada qüllə montajı, dəniz seyri testi, qazma qurğularının montajı və quyu dibi təhlükəsizlik sistemlərini yoxlayan Türkiyənin üçüncü qazma gəmisi “Qanuni” də "Amasra-1" quyusunda “Fateh”in işlərini tamamlayacaq və bəzi test əməliyyatları aparacaq.

  Xatırladaq ki, Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönmez qonaq olduğu özəl telekanalda: “Hədəfimizdə qarşıdakı 5 ildə 30-40 arası quyu qazmaq var. 2023-cü ildə, inşaallah, cümhuriyyətimizin 100-cü yaşında ilk qazı çıxararaq milli qazma sisteminə basmaq istəyirik."



Әlaqәli Xәbәrlәr