Trabzon şəhərindən 40 ölkəyə fındıq ixrac edilir

Türkiyə 2021-ci ilin yanvar-fevral aylarında 52 min 930 ton fındıq ixracı ilə 393 milyon 32 min 671 dollar gəlir əldə etdi.

1599358
Trabzon şəhərindən 40 ölkəyə fındıq ixrac edilir

Türkiyə 2021-ci ilin yanvar-fevral aylarında 52 min 930 ton fındıq ixracı ilə 393 milyon 32 min 671 dollar gəlir əldə etdi.

Müvafiq dövrdə mərkəzi Trabzon şəhərində yerləşən şirkətlər 23 min 82 ton fındıq müqabilində 186 milyon 815 min 822 dollar valyuta gəliri əldə ediblər.

Beləliklə, Trabzon cəmi fındıq ixracının gəliri baxımından təqribən 48 faizini reallaşdırıb.

Trabzondan 2021-ci ilin ilk iki ayında fındıq ixracı  keçən ilin müvafiq dövründəki 151 milyon 397 min 923 dollarlıq nisbəti 23 faiz artıb.

İlin ilk iki ayında Trabzondan 40 ölkəyə fındıq ixrac edilib.

Ən çox fındıq satılan ölkələr İtaliya, Polşa və Çin Xalq Respublikasıdır.

Şəhərdən İtaliyaya yanvar-fevral dövründə 13 min 52 ton fındıq ixrac edilərək 110 milyon 973 min 843 dollar qazanc əldə idilib.
Buna görə, 2 aylıq fındıq ixracı 6 min 35 ton müqabilində 42 milyon 248 min 297 dollar qazanılan yanvar-fevral ayları ilə müqayisədə miqdarda 166, qiymət olaraq isə 163 artıb.


Etiketlәr: #fındıq ixracı

Әlaqәli Xәbәrlәr