Türkiyə ilə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti arasında protokol imzalanacaq

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersan Saner protokolunun Kıbrıs Türk xalqı üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

1593567
Türkiyə ilə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti arasında protokol imzalanacaq

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersan Saner fəaliyyətlərdə son mərhələyə çatılan və sabah imzalanacağı planlaşdırılan 2021 ili Türkiyə-ŞKTC İqtisadi və Maliyyə Əməkdaşlığı Protokolunun Kıbrıs Türk xalqı üçün böyük əhəmiyyət daşıdığını söyləyib. 

Baş Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdirliyinin verdiyi yazılı açıqlamaya görə, Saner əməkdaşlıq protokolu və imzalanma mərasimi üçün danışıqları bitirmək üçün sabah paytaxt Ankaraya gələcək.

Saner səfərlə əlaqəli verdiyi açıqlamada deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxından maraqlandığı və vitse-prezident  Fuat Oqtayın qiymətli dəstəklərilə 2021-ci ili əhatə edəcək Türkiyə Cümhuriyyəti və Şimali Kıbrıs Türk Cümhuriyyəti İqtisadi və Maliyyə Əməkdaşlıq Sazişinin imzalanması xalqımıza daha gözəl və mürəffəh günlərin xəbərçisi olacaqdır.

Açıqlamada protokolun yeni növ koronavirus (Covid-19) pandemiyası da nəzərdə tutularaq Türkiyənin ŞKTC büdcəsinə və real sektoruna verəcəyi dəstəklərlə reallaşdıracaq "Ankara qaynaqlı"  infrastruktur layihələrini əhatə edəcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr