Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb

1592666
Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb.

Kösəköy stansiyasından yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir. Qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır.

Qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək. Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan sayca üçüncü ixrac qatarıdır.



Әlaqәli Xәbәrlәr