Rusiya vətəndaşları cari ildə ən çox Türkiyəni ziyarət etmək istəyir
Türkiyə Rusiya vətəndaşı turistlərin 2021-ci ildə ən çox ziyarət etmək istədikləri ölkələr sırasındadır.
Türkiyə Rusiya vətəndaşı turistlərin 2021-ci ildə ən çox ziyarət etmək istədikləri ölkələr sırasındadır.
Rusiyanın "Yandex.Travel" şirkətinin təxminən 10 min nəfərlə apardığı anketdə iştirakçılarına 2021-ci ildəki tətil planları soruşulub.
Anket nəticələrinə görə, Rusiya vətəndaşlarının 60 faizi ölkə sərhədlərinin ilin sonuna qədər tam açılacağını gözlədiklərini, 68 faizi isə digər ölkələrə məhdudiyyət qoyulmadan səfər etmək fürsətinin tətil planlarına təsir edəcəyini söyləyib.
Anket iştirakçıları Türkiyəni bu il ən çox ziyarət etmək istədikləri ölkələr arasında qeyd edərkən, bu qrupda ayrıca İtaliya, Tayland, İspaniya və Misir də yer alıb.
Qeyd edək ki, keçən il qonaq etdiyi 2 milyon 128 min 758 rus turistlə Türkiyə Rusiya vətəndaşlarının ən çox ziyarət etdiyi ölkələr sırasında ilk yerdədir.
Әlaqәli Xәbәrlәr
“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”, M.Şimşək
Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib ...