Qaziantep dünyanın makina xalçasının yarısını istehsal edən şəhərdir

Türkiyə İxracatçılar Məclisi (TİM) Xalça Sektoru Təşkilatının sədri Səlahəddin Kaplan verdiyi məlumatda deyib...

1588515
Qaziantep dünyanın makina xalçasının yarısını istehsal edən şəhərdir

 

  Türkiyənin Qaziantep bölgəsi dünyanın ehtiyac duyduğu makina xalçasının yarısını istehsal edən şəhərdir.  

  Türkiyə İxracatçılar Məclisi (TİM) Xalça Sektoru Təşkilatının sədri Səlahəddin Kaplan verdiyi məlumatda deyib: “Xalçaçılıq üzrə Türkiyə günbəgün daha inkişaf edir. Bu mənada Qaziantepin xüsusi yeri, dəyəri var.

  Qaziantep tarix boyu bir çox mədəniyyətə ev sahibliyi edib və bu gün  Türkiyənin ən mühüm sənaye və ticarət mərkəzlərindən birinə çevrilib.

  Türkiyə makina xalçasında dünyanın ən böyük istehsalçısıdır. Qaziantep bu sahədə xüsusi yer tutur. Belə ki, makina xalçaları ticarətinin 70 faizi Türkiyənin payına düşürsə, bunun 53 faizi təkbaşına Qaziantepə aiddir”.



Әlaqәli Xәbәrlәr