İran və Cənubi Koreya pulla bağlı razılığa gəldilər

İranın “Tesnim” xəbər agentliyinin bildirdiyinə görə...

1588481
İran və Cənubi Koreya pulla bağlı razılığa gəldilər

 

  İran və Cənubi Koreya Amerika Birləşmiş Ştatlarının sanksiyaları üzündən Cənubi Koreya banklarında blok edilən İran maliyyə ehtiyatlarının istifadəsilə bağlı razılığa gəldilər.

  İran Mərkəzi Bankı İdarə Heyətinin sədri Əbdünnasır Himməti və Cənubi Koreyanın İrandakı səfiri Ryü Çjön-Hyon (Ryu Jeong-Hyun) paytaxt Tehranda sözügedən mövzu ilə bağlı görüşüblər.

  İranın “Tesnim” xəbər agentliyinin bildirdiyinə görə, görüş Cənubi Koreyanın İran Səfirliyinin istəyi ilə reallaşıb. Söhbət zamanı İranın blok edilən pul ehtiyatlarının transferi və bir qisiminin istifadəsilə bağlı razılığa gəlinib.

  İran Mərkəzi Bankının sədri Ə.Himməti rəsmi Seul hökumətinin rəftar dəyişikliyini məmnuniyyətlə qarşıladığını bidlirib.

  Cənubi Koreyanın İran səfiri Ryü Çjön-Hyon da öz növbəsində ölkəsinin İrana aid bütün pulları istifadə etməsi üçün lazımi addımlar atmağa hazır olduğunu ifadə edib.

  Xatırladaq ki, İran Cənubi Koreya və müxtəlif ölkələrdə olan maliyyə varlığını ABŞ-ın sanksiyaları səbəbindən blok edildiyi üçün istifadə edə bilmir.

  2021-ci ilin 5 yanvarında İran Prezident Aparatının sözçüsü Əli Rebii Cənubi Koreya hökumətini İrana aid 7 milyard dollardan çox pulu girov tutmaqda günahlandırmışdı.



Әlaqәli Xәbәrlәr