Türkiyənin su məhsulları ixracında rekord artım

Türkiyə 2019-cu ildə 1 milyard 11 milyon dollar olan su məhsulları ixracını 2020-ci ildə 1 milyard 53 milyon dollara çıxararaq rekord qırıb.

1584693
Türkiyənin su məhsulları ixracında rekord artım

Türkiyə 2019-cu ildə 1 milyard 11 milyon dollar olan su məhsulları ixracını 2020-ci ildə 1 milyard 53 milyon dollara çıxararaq rekord qırıb.

Türkiyə istehsalatında dünya lideri olduğu xanı balığından bir əvvəlki il ilə müqayisədə 7 faiz artımla 355,6 milyon dollar gəlir əldə edib.

Türkiyədən ən çox xanı balığı idxal edən ölkə 85 milyon 186 min dollar ilə Hollandiya olub. Bu ölkəni 58 milyon dollarla İngiltərə, 52 milyon dollarla İtaliya izləyib.

Qızılbalıq növlərinin ixracı isə, 2020-ci ildə 311 milyon dollar təşkil edib. Qızılbalıq ixracında birinci yeri 56 milyon 586 min dollarla İtaliya yer alıb. İkinci yerdəki Yunanıstana Türkiyə 42 milyon 180 min dollar ixrac edildi. Hollandiya 41 milyon 590 min dollarla üçüncü sırada yer alıb.

Türkiyə su məhsulları ixracını 2021-ci ilin ilk ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 100 milyon 809 min dollara çıxıb.



Әlaqәli Xәbәrlәr