Ruhsar Pekcan Şimali Makedoniyanın iqtisadiyyat naziri ilə görüş keçirib

Ticarət naziri Ruhsar Pekcan bir sıra görüşlər keçirmək üçün Türkiyəyə gələn Şimali Makedoniyanın İqtisadiyyat naziri Kreshnik Bektesh ilə görüş keçirib.

1579816

Ticarət Nazirliyində keçirilən heyətlər arasındakı danışıqlarda Türkiyə ilə Şimali Makedoniya arasındakı ticari və iqtisadi əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsi mövzuları müzakirə edilib.

Görüşdə iki ölkə arasında 2001-ci ildən bəri qüvvədə olan və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə töhfə vermiş Azad Ticarət Sazişinin yenilənməsi və xidmət sektorunu da əhatə etməsi üçün danışıqlara başlanması qərara alınıb.

İki ölkə arasındakı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə investisiyaların artırılmasına da çağırış edilib.

Ayrıca cari il  ərzində ən qısa müddətdə Birgə İqtisadi Komissiya iclasının və ilin birinci yarısında investisiya forumunun təşkil edilməsi barədə də razılıq əldə edilib.

Digər tərəfdən, Türkiyə şirkətlərinin Şimali Makedoniyada enerji layihələrində daha çox iştirakı məsələsi də müzakirə olunub.

Әlaqәli Xәbәrlәr