Türkiyənin neft hasilatı 2020-ci ildə 1,5 milyon barel artıb

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Türkiyənin 2020-ci ildəki neft istehsalı əvvəlki il ilə müqayisədə 22 milyon barel artaraq 1,5 milyon bareli keçdiyini bildirib.

1575043

Nazir Dönmez "Twitter" hesabından etdiyi paylaşımında keçən il enerjinin hər sahəsində atılanı addımlarla neft hasilatının da sürət qazandığını, Türkiyəni enerji istehsalı və texnologiya mərkəzinə çevirəcəklərini söyləyib.

2019 və 2020-ci illər üçün xam neft istehsalı rəqəmlərinin yer aldığı bir infografika da paylaşan nazir Dönmez 2019-cu ildə 14 milyon 664 min bareli dövlətə, 6 milyon 85 min bareli xüsusi sektora məxsus olmaqla cəmi 20 milyon 750 min barel xam neft istehsalı reallaşdırdıqlarını qeyd edib. 

Nazir  2020-ci ildə isə 16 milyon 613 min bareli dövlət, 5 milyon 656 min bareli özəl sektor tərəfindən olmaqla cəmi 22 milyon 269 min barel xam neft hasil edildiyini bildirərək, illik artımın 1,5 milyon barel olduğunu diqqətə çatdırıb.

Әlaqәli Xәbәrlәr