Türkiyәnin avtomobil satışında artım qeydә alınıb
Keçən il Türkiyə 2019-cu ilə müqayisidә Avropada әn çox avtomobil satan ölkәlәr arasında 6-cı sıraya yüksәldi.

Avropa İttifaqı, Avropa Sərbəst Ticarət Birliyi ölkələri və İngiltərәnin ümumi bazarda 2020-ci ilin sonuna dәk satışlarını artıran ölkәlәr siyahısında iştirak etmәmәlәrinә baxmayaraq, Kovid-19 әleyhinә uğurlu mübarizә edәn Türkiyә avtomobil satışını artırıb.
Avtomobil Distribyutorları Dərnəyinin Avropa Avtomobil İstehsalçıları Birliyi məlumatları çәrçivәsindә hazırladığı Avropa avtomobil bazar reytinqi hesabatına görә Türkiyə, 2020-ci ildə Avropadakı avtomobil satışlarını 2019-cu ilə müqayisәdә artıran yeganə ölkə olub.
2020-ci ilin sonunda Türkiyə avtomobil satışında 2019 ilə müqayisədə 57,5% artımla әn çox avtomobil satan Avropa ölkәlәri arasında 6-cı sırada qәrarlaşıb. Türkiyәnin 2020-ci ildәki avtomobil satışı 610 min 109 ədəd olub.