Ədviyyat ixracında rekord artım qeydə alınıb
2020-ci ildə Türkiyənin ədviyyat ixracı 2019-cu ilə müqayisədə 15% artıb.

Türkiyə Egey İxracatçılar Birliyinin hesabatına görə 2019-cu ildə aralarında dəfnə, kəklikotu, adi cirə kimi məhsullar da olan ədviyyat ixracından 175 milyon 542 min dollar gəlir əldə edilib. Başda Amerika Birləşmiş Ştatları olmaqla 100-dən çox ölkəyə məhsul satan sektör 2020-ci ildə ixrac həcmini 15% artıraraq gəlirini 201 milyon 735 min dollara qaldırıb. Ədviyyat ixrac edilən ölkələr arasında 29 milyon 743 min dollarla ABŞ birinci sırada iştirak edərkən bu ölkəni 22 milyon 822 min dollarla Almaniya, 8 milyon 941 min dollarla Çin izləyib. Ən çox satılan məhsul isə 59 milyon 843 min dollarla kəklikotu birinci, 44 milyon 586 min dollarla dəfnə ikinci və 11 milyon 427 min dollarla adi cirə üçüncü sırada qərarlaşıb.
Әlaqәli Xәbәrlәr

Səudiyyə Ərəbistanının neft qurğularına PUA-larla dənizdən hücum edilib
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi xəbəri təsdiqləyib
ABŞ-ın “Covid-19”la bağlı trilyon dollarlıq iqtisadi dəstək paketi
Səsvermə 11 saat 50 dəqiqəlik müddətiylə senat tarixində rekord qırıb