Türkiyənin püstə ixracı artıb
2020-ci ildə Türkiyə 119 milyon 167 min dollarlıq püstə ixrac edib.
1564315

Cənub-şərqi Anadolu İxracatçı Birliklərinin (CŞAİB) hesabatına görə Türkiyə ötən il Almaniya, ABŞ, İngiltərə, Avstraliya, Maldiv Adaları, Çin, Belarusiya, Ruanda, Hollandiya, Ukrayna, Portuqaliya, İrlandiya, Hindistan və Yaponiya başda olmaqla 100 ölkəyə 10.875 ton püstə ixrac edib.
Məhsulun ən çox ixrac edildiyi ölkə Almaniya olub. Bu ölkəni 1925 ton ilə Çin Xalq Respublikası, 1183 tonla İtaliya izləyib.
Qeyd edək ki, 2020-ci ildə Almaniyaya reallaşdırılan püstə ixracı 2019-cu ilə müqayisədə 63 faiz artımla 2064 tona çatıb.
Әlaqәli Xәbәrlәr

Qızılbalıq ixracında artım qeydə alınıb
2021-ci ilin Yanvar ayında 23 ölkəyə 3 min 980 ton qızılbalıq ixrac edilib.